Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2026-cı il üçün müxtəlif regional "ASAN xidmət" mərkəzlərində təmizlik xidmətlərinin satın alınması üzrə elan edilmiş iki tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hər iki tenderin qalibi "Təmizliyin İncisi" MMC (VÖEN: 1004445421) olub. Şirkətlə imzalanan müqavilələrin ümumi dəyəri 2 608 946 manat təşkil edir.
Müqavilələrin detalları aşağıdakı kimidir:
Qəbələ, Quba, Salyan, Naxçıvan, Lənkəran və Masallı regional “ASAN xidmət” mərkəzlərində təmizlik xidmətləri – 1 238 830 manat.
1 və 2 saylı Gəncə, 3, 4 və 5 saylı Bakı və Tovuz regional “ASAN xidmət” mərkəzlərində təmizlik xidmətləri – 1 370 117 manat.
Qeyd edək ki, "Təmizliyin İncisi" MMC şirkətinin nizamnamə kapitalı 10 AZN təşkil edir və qanuni təmsilçisi Əvəz Qurbanov İsmayıl oğludur.











