Sabunçu Rayon İcra Hakimiyyətinin Mühafizə İdarəsi avtomobil nəqliyyat vasitələrinin satın alınmasına 728 min manat yönəldəcək.
Dövlət qurumu 5 ədəd avtonəqliyyat vasitəsi üçün 182 min manat ödəyəcək
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, 20 ədəd hetçbek tipli avtonəqliyyat vasitəsi “MOROS GROUP” MMC-dən alınacaq.
Avtomobillər 1 dekabr 2023-cü il tarixinədək Mühafizə İdarəsinə təhvil verilməlidir. (İnterfaks-Azərbaycan)