Naxçıvan Muxtar Respublikasında dövlət qurumu 700 min manata 3 avtomobil alır.
FED.az xəbər verir ki, Muxtar Respublikanın Dini Qurumlarla iş üzrə Dövlət Agentliyi 3 avtomobilin alınması üzrə tender elan edib.
Tender şərtlərinə görə, bunlardan biri oturacaqların sayı: 17+1 olan mini avtobus, digərləri isə su və məişət tullantılarını daşıyan avtomobillərdir.
Şərtlərə görə, hər 3 avtomobil 2025-ci il istehsalı olmalıdır, tenderin ümumi məbləği 687 min manat təşkil edir.
Şərtlərə görə, tender təklifləri 17 iyul, 2025-ci il tarixinə kimi təqdim edilməlidir, təkliflər də həmin gün açılacaq.
Tenderdə iştirak haqqı 450 AZN təşkil edir. Əlaqəli şəxs Həsən Allahverdiyevdir ( [email protected], +994 60 528 00 01).