Naxçıvan Maliyyə Nazirliyi (VÖEN: 0200003621) yeni tender elan edib.
Dövlət qurumu yarım milyon manata ofis icarəyə götürür
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 70 ədəd ofis kreslolarının satın alınması nəzərdə tutulur. Tenderin ilkin ehtimal olunan ümumi qiyməti 17 min 346 manat, bir ədəd kreslo üçün ehtimal olunan qiymət 248 manat təşkil edir. Digər maraqlı məqam odur ki, Nazirlik kresloları satan şirkətdən 1 il zəmanət tələb edir.
Tenderlərdə iştirak haqqı 35 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Mustafa Hüseynov – Sektor müdiri
[email protected] / +994 36 550 33 33 (149)
Şərtlərə görə, iddiaçılar təkliflərini 20 iyul 2026-cı il, saat 11:00-a qədər Naxçıvan ş, C.Məmmədquluzadə küç 21 ünvanına təqdim edə bilərlər.















