Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi avtomobil nəqliyyat vasitələri (yük avtomobilləri) ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1000444591
Satınalan təşkilatın ünvanı: M.Rəsulzadə qəsəbəsi keçid 1285
Müsabiqənin başlama tarixi və vaxtı: 19.07.2023 12:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 08.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 17.08.2023 11:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması
Satın alınan mallara istehsalçı tərəfindən sertifikatlaşdırılmış və ölkə ərazisində fəaliyyət göstərən rəsmi servis mərkəzi olmalıdır. Servis mərkəzinin işçi heyəti istehsalçıdan və ya beynəlxalq qurumlardan sertfikatlaşdırılmış olmalıdır. Əks halda iddiaçılar ixtisas göstəricilərinə uyğun olmayan iddiaçı kimi müsabiqədən kənarlaşdırılır
İstehsalçı tərəfindən yalnız Satınalan Təşkilata ünvanlanmış tenderdə iştirak etmək üçün etibarnamə (MAF məktubu, ƏŞT-da bölmə 8, qoşma 7-yə uyğun)
İstehsalçı haqqında məlumat (ƏŞT-da bölmə 8, qoşma 6-ya uyğun) və əlavə olaraq istehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı.
İstehsalçı tərəfindən malların 90 təqvim günü müddətində çatdırılma, zəmanət müddəti və şərtləri haqqında satınalan təşkilata ünvanlanmış öhdəlik məktubu.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Cavid İsmayılzadə, Rəis müavini
Email: [email protected]
Əlaqə telefonu: 012 4128876 , 050 318 11 55
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Beton qarışdıran avtomaşın (7 kub metr) |
Texniki göstəricilər ƏŞT-da göstərilmişdir |
1 |
ədəd |
2 |
Yükünü özüboşaldan avtomaşın (5 ton) |
Texniki göstəricilər ƏŞT-da göstərilmişdir |
2 |
ədəd |
3 |
Su daşıyan avtomaşın (20 kub metr) |
Texniki göstəricilər ƏŞT-da göstərilmişdir |
1 |
ədəd |
4 |
Su daşıyan avtomaşın (10 kub metr) |
Texniki göstəricilər ƏŞT-da göstərilmişdir |
1 |
ədəd |
5 |
Yanacaqdaşıyan avtomaşın (10 kub metr) |
Texniki göstəricilər ƏŞT-da göstərilmişdir |
2 |
ədəd |