Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi böyükməbləğli tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Az-Tex-İmport" MMC (VÖEN: 2004502101) tenderin qalibi olub.
Dövlət agentliyindən "Arash Medical"a 705 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Qalib şirkətə 802 350 manat ödəniləcək.
Tenderdə ""Yeni yük avtomobillərinin, həmçinin mövcud yük avtomobilləri üçün arxa hidravlik liftlərin" satın alınması" nəzərdə tutulur.
"Az-Tex-İmport" MMC daha öncə də İcbari Tibbi Sığorta Agentliyi ilə 14 199 336 manat dəyərində "Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması" tenderi üzrə satınalma müqaviləsi imzalayıb (23.11.2022).
Qeyd edək ki, şirkət 19.07.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 226 010 manatdır. Qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur.
Hüquqi ünvanı Az1142, Bakı Şəhəri Xətai Rayonu, Telnov, Ev 2347/48, M. 290-də yerləşir.