Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi ““Sərnişin (minivan)” avtomobillərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Autouniversal" MMC olub. Şirkətlə 66 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin 679 min 680 manat dəyərindəki “Minivan tipli minik avtomobillərinin satın alınması" tenderinin qalibi seçilib (12.12.2022).