Respublika Gigiyena və Epidemiologiya Mərkəzi “Yoluxucu xəstəliklərin immuno profilaktikasına dair tədbirlərin keçirilməsi məqsədilə 6 komponentli vaksinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Epidbiomed” MMC olub.
Şirkətlə 19 966 520 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 255 000 ədəd 6 komponentli ( gdt acellular, hib ipv vaksini, hepatit B ) vaksin satın alınacaq.
Qeyd edək ki, “Epidbiomed” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məmməd Əli Əliyev Sabir oğludur. Hüquqi ünvanı AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev 6 ünvanında yerləşir.