Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi informasiya texnologiyaları və mühəndislik xidmətləri sahəsində 3 tender elan edib.
UNEC bu şirkətdən avtobus aldı - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, birinci tender server və şəbəkə avadanlıqlarının alınması, eləcə də müxtəlif növ lisenziyaların istifadə və dəstək müddətinin uzadılması, avadanlıqların quraşdırılması, sazlanması və konfiqurasiyasını əhatə edir. Bu layihə üzrə ehtimal olunan qiymət 4 472 385 AZN, iştirak haqqı isə 1000 AZN təşkil edir. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 04.11.2025-ci il, saat 11:00 olaraq müəyyən edilib.
İkinci tender mövcud lisenziyaların istifadə və ya dəstək müddətinin uzadılması, həmçinin sazlama və miqrasiya xidmətlərinin göstərilməsi ilə bağlıdır. Layihənin ümumi dəyəri 311 947 AZN, iştirak haqqı 350 AZN müəyyən edilib. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi 28.10.2025-ci il, saat 11:00-dır.
Üçüncü tender isə Maliyyə Nazirliyində mərkəzləşdirilmiş təhlükəsizlik siyasətinin həyata keçirilməsi məqsədilə mövcud təhlükəsizlik həllərinin genişləndirilməsini nəzərdə tutur. Bu işlərin ümumi dəyəri 787 887 AZN, iştirak haqqı 450 AZN təşkil edir. Təkliflərin son təqdim olunma və zərflərin açılış vaxtı 28.10.2025-ci il, saat 11:00 olaraq göstərilib.
Satınalan təşkilatla birbaşa əlaqə üçün məsul şəxs Dövlət Xəzinədarlığı Agentliyinin sektor müdiri Sadiq Şahmarovdur (e-poçt: [email protected], tel.: +994 12 404 46 99 (382)).
Ümumilikdə, Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən elan olunan bu 3 tenderin ümumi ehtimal olunan dəyəri 5 572 220 AZN təşkil edir.