Məhkəmə-Hüquq Şurası (VÖEN – 1300695361) açıq tendermelan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti SMS xidmətinin təqdim edilməsi üçün toplu smslərin alınmasıdır. Satınalma çərçivəsində ümumilikdə 5 milyon 1 389 ədəd SMS-in alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət 179 min 999 manat 99 qəpik təşkil edir.
Müsabiqə 10 dekabr 2025-ci il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 5 yanvar 2026-cı il, saat 19:00, zərflərin açılışı isə həmin tarixdə, saat 19:00-da keçiriləcək.
İştirak haqqı 250 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs:Elçin Dadaşov-Böyük məsləhətçi
[email protected]
+994 12 510 19 05
İddiaçılar təkliflərini 5 yanvar 2026-cı il, saat 19:00-a qədər Bakı şəhəri, AZ1073, Yasamal rayonu, Ayna.Sultanova küçəsi, 9 ünvanına təqdim edə bilərlər.











