"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəz “Yeni il tədbirinin keçirilməsinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “121” MMC olub.
Şirkətlə müvafiq olaraq tender üzrə 37 min 128.7 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Sahibkarlığın İnkişafı Fondunun 31 min 765.48 manat məbləğindəki “"Komanda quruculuğu" tədbirinin təşkili xidmətinin satınalması” üzrə müqavilə bağlanılıb (13.06.2022)