FHN Əsaslı Tikinti İdarəsi tikinti işləri ilə bağlı böyük tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Litosfer" MMC olub.
Tikinti işləri ilə əlaqədər qalib şirkətə 3 milyon 553 min 28 manat ödəniləcək.
Tenderdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin tikintisi nəzərdə tutulur.