İnnovasiya və Təchizat Mərkəzi 4 tenderin nəticələrini açıqlayıb.
Ağdamda 11 milyon manata nə tikiləcək? - TENDER, ŞƏRTLƏR
FED.az xəbər verir ki, tenderlər ümumi profilli tibb müəssisələrində istifadə üçün dərman vasitələrinin və güclü təsiredici, psixotrop dərmanların alınması məqsədilə təşkil edilib.
“Ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri” üzrə tenderlərdə qaliblər "Avromed Company" MMC (VÖEN: 1500166751), "Referans Pharmaceuticals" MMC (VÖEN: 1502717001) və "Zeytun Pharmaceuticals" MMC (VÖEN: 1701688171) olub. Həmin şirkətlərlə bağlanan müqavilələrin dəyərləri müvafiq olaraq 8 330 968 AZN, 9 982 947 AZN və 3 838 441 AZN təşkil edib.
Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.
Qeyd edək ki, "Referans Pharmaceuticals" MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Abbas Əliyev Famil oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay, ev 76 ünvanında yerləşir.
Güclü təsiredici və psixotrop dərmanların alınması üzrə tenderdə qalib yenidən "Zeytun Pharmaceuticals" MMC (VÖEN: 1701688171) olub və müqavilənin dəyəri 11 334 810 AZN-dir.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.
Beləliklə, İnnovasiya və Təchizat Mərkəzi qaliblərlə ümumilikdə 33 486 166 AZN dəyərində müqavilələr bağlayıb.