İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “2024-cü il üzrə İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəmadi xidmətləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC olub.
Qalib şirkətlə 3 000 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Aqşin Məcidov Ramzes oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nizami Rayonu, Heydər Əliyev Prospekti, ev 139A ünvanında yerləşir.