Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən elan edilmiş tenderin nəticələri açıqlanıb.
Yol polisinin 21 milyonluq tenderini - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, sözügedən tender işıqforlar və ona aid ehtiyat hissələri, eləcə də zəruri mal-materialların satın alınması üzrə keçirilib. Tenderin qalibi “Yol Nişan” MMC (VÖEN: 1304819001) olub.
Qalib şirkətə 3 102 527 manat ödəniş ediləcək.
Qeyd edək ki, "Yol Nişan" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 200 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Babaverdiyev Telman oğludur. Hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev 159 ünvanındadır.