Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunukasiya İdarəsi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda “Elektron sənəd dövriyyəsi” (ESD) sistemində qeydiyyata alınan zaman vətəndaşın mobil telefonuna SMS bildirişin ötürülməsi üçün 3 000 000 SMS paketinin alınması nəzərdə tutulur.
Sorğuda iştirak haqqı 300 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1500361501
Satınalan təşkilatın ünvanı: Azərbaycan prospekti 7
Müsabiqənin başlama tarixi və vaxtı: 06.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.12.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 21.12.2023 12:00
Hesab nömrəsi: AZ10AIIB45010019440182383199
Bankın adı: Kapital Bank ASC Baş Ofis
Bankın kodu: 200004
Müxbir hesab: AZE37NABZ01350100000000001944
Bankın VÖEN-i: 1500361501
Swift kodu: AIIBAZ2X
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır
Çatdırılma yeri : Azərbaycan prospekti 7
Çatdırılma müddəti : İl ərzində
Çatdırılma şərtləri : DDP
Tenderdə iştirak üçün aşağıdaki sənədlərin olması zəruridir :
İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı
İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Nəsirov Fəsi Vidadi, İnspektor
Email: [email protected]
Əlaqə telefonu : 0125909515