"Dost İş Mərkəzi" xidməti minik avtomobillərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305835261
Satınalan təşkilatın ünvanı: AZ1100 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 27
Satınalma predmeti: Xidməti minik avtomobillərinin satın alınması
ÜSL kod (kateqoriya): 34115000-6 Digər minik avtomobilləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 18.05.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 09.06.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.06.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 21.06.2023 10:00
Ödəniş şərtləri
29.1. Müqavilədə nəzərdə tutulan vəsaitin 30%-ə qədər hissəsi avans şəklində ödənilə bilər (avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır). 29.2. İcraçı avansı müqavilə üzrə müəyyən malların göndərilməsi görülməsi üçün sərf edə bilər. İcraçı avansın məhz bu məqsədlərə istifadə olunduğunu hesab-faktura və s. sənədlərin surətlərini Sifarişçiyə təqdim etməklə sübut etməlidir. 29.3. Malgöndərən (podratçı) avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Satınalan təşkilat bu cür sorğuya 1 bank günü müddətində cavab verir. 29.4. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. 29.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə faiz hesablanır.
Çatdırılma yeri - AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 27
Çatdırılma müddəti - 01.10.2023-cü il
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fuad Əliyev, Baş mütəxəssis (satınalmalar üzrə)
Email: [email protected]
Əlaqə telefonu: 050-220-64-47
Minik avtomobilinin texniki xarakteristikası Avtomobilin tipi: Minik avtomobili (sedan tipli) Avtomobilin ili: minimum 2022-ci il (Yeni) Ölçülər: u/e/h mm min.4600/1700/1400 max.4700/1800/1500 Mühərrik həcmi: min 1500-1700 sm3 Sürət qutusu: Avtomat Rəng: Ağ/Qara Yanacaq növü: Benzin Oturacaq sayı: 5 oturacaqlı Zəmanət: min. minimum 3 il və ya 100000km yürüş ilə (istehsal xətası ola bilən bütün hissələr üzrə). Xüsusiyyətləri: Kondisioner, ABS tormoz sistemi, park radarı, təhlükəsizlik yastıqları. Avtomobil üçün zəruri olan digər təchizat avadanlıqları ( ilk yardım çantası, qəza dayanma nişanı, ehtiyat təkər, ayaqaltılar)