Şərur "Radio" Zavodu üç ədəd açıq tender elan edib.
Ofis icarəsi üzrə tender: Hər kvadratmetr 201 manat - DETALLAR
FED.az xəbər verir ki, birinci tender offroader tipli avtomobillərin alınmasına aiddir. Ehtimal olunan qiymət 50 386 AZN, alınacaq avtomobillərin sayı isə 2 ədəddir. Təkliflərin təqdim olunması və zərflərin açılışı 31 oktyabr 2025-ci il saat 17:00-də baş tutacaq. İştirak haqqı 101 AZN təşkil edir.
İkinci tender sedan tipli avtomobilin satınalınması üçün nəzərdə tutulub. Bu tenderdə ehtimal olunan qiymət 37 211 AZN, iştirak haqqı isə 74 AZN olaraq müəyyən edilib. Təkliflərin təqdim olunması və zərflərin açılışı eyni tarixdə, 31 oktyabr 2025-ci il saat 17:00-də həyata keçiriləcək.
Üçüncü tender isə SUV tipli avtomobilin 24 aylıq icarəyə götürülməsi xidmətlərini əhatə edir. Ehtimal olunan qiymət 82 893 AZN, iştirak haqqı isə 166 AZN-dir. Təkliflərin təqdim olunması və zərflərin açılışı 31 oktyabr 2025-ci il saat 17:00-də baş tutacaq.
Tenderlərlə əlaqədar bütün suallar və təchizatçılarla birbaşa əlaqə Satınalma Komissiyasının sədri Əli Zaidov vasitəsilə təmin olunur: [email protected], +994 50 399 55 43.