"Daşkəsən Dəmir Filiz" Məhdud Məsuliyyətli Cəmiyyəti bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti cəmiyyətin baş ofisinin icarə xidmətinin satın alınmasıdır. Müqavilənin məbləği 366 538 manat təşkil edir.
Müqavilə "Facility Management Group" MMC (VÖEN – 1403645031) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl Dövlət Radiotezliklər İdarəsinin qeyri-yaşayış binasının icarə xidməti ilə bağlı 12 fevral 2026-cı il tarixində keçirdiyi 183 344 manatlıq tenderin də qalibi olub.
Bildirək ki, "Facility Management Group" 23 yanvar 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 2 534 147 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Allahverdiyev İlham Allahşükür oğludur. Hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev.153 ünvanıdır.












