Dövlət Sosial Müdafiə Fondu DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması ilə bağlı açıq tenderə yekun vurub.
FED.az xəbər verir ki, bu xidmət "Kapital Bank"a həvalə edilib.
Qalib seçilən "Kapital Bank"a 24.560.167 manat ödəniləcək.
Tenderdə 2025-ci ilin yanvar-dekabr ayları üçün sosial ödənişlər (manatla və ya ümumi məbləğə münasibətdə faizlə) (4 milyard 912 milyon 033 min 560 ədəd) nəzərdə tutulur.