“Bakı Metropoliteni” QSC 8 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC və qalib şirkətlər arasında toplamda 21 356 457 manat məbləğində müqavilələr imzalanıb.
Satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilib :
Satınalma predmeti |
Qalib Şirkət |
Məbləğ |
ППК12-М (qida kompressorunun çevricisi VV120-T) |
“Nauçno-Proizvodstvennoe predpriyatiye “EPRO” MMC |
9 024 000 AZN |
MTK tipli təsərrüfat qatarın 710 mm-lik təkər cütü 2703.03.04.000-04 (2703.03.04.000-30)- satın alınması |
“Transputmaş “Ticarət Evi” MMC |
7 880 000 AZN |
"Bakı Metropoliteni" QSC üçün tələb olunan məsaməli hörgü bloku və yapışdırıcısının satın alınması |
"AAC” MMC |
279 660 AZN |
Müxtəlif markalı və tipli nərdivanların satın alınması |
"Armaad Teknoloji və Ekoloji Zona Sistemləri" MMC |
125 888 AZN |
"Bakı Metropoliteni" QSC-nin "C.Cabbarlı" stansiyasında sağ stansiya tunelində və sağ paylayıcı piyada tunelində xüsusi boya ilə boyanmış alüminium vərəqlərinın çətirlərin quraşdırılması işlərinin satın alınması |
"Nimex" MMC |
944 438 AZN |
«Bakı Metropoliteni» QSC-nin istifadəsində olan 81-717-714,81-760-763,81-765-766 seriyalı vaqonların, Victoria, Victoria TUBE və Tugela markalı eskalatorların, tunel qazıyan qurğuların mexaniki avadanlıqlarının cari istismarı və təmiri zamanı mövcud tələblərə uyğun istifadə olunan xüsusi təyinatlı sənaye sürtkü yağlarının satınalınması |
"Azlubritech" MMC |
1 779 812 AZN |
“Bakı Metropoliteni” QSC-nin istismar sahələrinin istifadəsində olan işıqlandırıcıların yenilənməsi üçün mal-materialların satın alınması |
"Reliable Oil Services” MMC |
1 128 620 AZN |
"Bakı Metropoliteni" QSC-nin "Xalqlar Dostluğu-Əhmədli" mənzıl tunelində 195 və 189 saylı, "Əhmədli-H.Aslanov" mənzil tunelində 203 saylı, "C.Cabbarlı-Ş.İ.Xətai" mənzil tunelidə 227 saylı "Mülki müdafiə" obyektləri olan sanitar qovşağlarının ventilyasiya, isitmə işləri və "N.Nərimanov" adına elektrik deposunda, vaqonlar üçün təmir dayanma korpusunun 9 saylı qanovda vaqonların kondisioner sisteminin təmizlənməsi zamanı havaya yayılan toz zərrəciklərinin tutulması və kənarlaşdırılması üçün texnoloji avadanlığın quraşdırılması işlərinin satın alınması |
"GSS.Az" MMC |
194 039 AZN |