“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““Milli Məkan Məlumatları İnformasiya Sistemi”nin yaradılması və əlaqədar təlim xidmətləri” tenderinin nəticələrini elan edib.
AMB təhsil-təlim xidməti aldı - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Caspel” MMC olub.
Qalib şirkətlə 19 842 880 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 146 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.