"Azərenerji" ASC tərəfindən "Şəmkir" və "Yenikənd" SES-lərin təsirlənmə sistemlərinin yenilənməsi üzrə elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Electro İndustries" QSC olub.
Müqavilənin ümumi dəyəri 4 689 731 manat təşkil edir. Ehtimal olunan qiymət isə 5 252 496 manat idi.
Şirkətin qalib gəldiyi digər iri tenderlər aşağıdakılardır:
Kəlbəcər Şəhər, Eyvazlı KSES-lərin tikintisi və inteqrasiyası – 36 milyon 150 min 496 manat (01.10.2025).
- 154/110/10 kV-luq “Babək” yarımstansiyasının yenidən qurulması – 24 milyon 83 min 286 manat (17.09.2025).
- 100 MVt-lıq günəş elektrik stansiyalarının inteqrasiyası üçün 110 kV-luq yarımstansiyanın tikintisi – 21 milyon 197 min 467 manat (05.08.2025).
- Cəbrayıl rayonunda “Şəfəq” GES-in qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi – 40 milyon 907 min 134 manat (13.06.2024).
- Sumqayıt-3 yarımstansiyasından zavodlara 35 kV-luq kabel xəttinin çəkilməsi – 2 milyon 33 min 168 manat (15.08.2019).










