Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) açıq tender elan edir.
Dövlət qurumu auditor axtarır - DETALLAR
FED.az xəbər verir ki, elanda maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2024-2025-ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditi və audit rəyinin verilməsi xidməti satın alınacaq.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1302369281
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5
Ehtimal olunan qiymət: 123 270 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 12.07.2024 10:38
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.08.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 05.08.2024 15:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Könül Süleymanova, Satınalma üzrə aparıcı mütəxəssis
Email : [email protected]
Əlaqə telefonu : +994123100055 daxili(453)