“Azərsu” ASC daxili vəsaiti hesabına 50kq-lıq balonlarda maye xlorun satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900001751
Satınalan təşkilatın ünvanı: Moskva prospekti 67, AZ 1012 Bakı,
Müsabiqənin başlama tarixi və vaxtı: 25.07.2023 11:20
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.08.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 23.08.2023 17:00
Ödəniş şərtləri - Ödəniş İcraçı tərəfindən təqdim edilən hesab faktura əsasında ən qısa müddət ərzində 15 (on beş) bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən həyata keçirilir.(Avans tətbiq olunmur)
Çatdırılma yeri - AZ1142, Bakı şəh.Babək prospekti 110V, Anbar Təsərrüfatı İdarəsi
Çatdırılma müddəti - sifarişdən sonra 30 təqvim günü müddətində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı)
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır (tələb olunur);
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməlidir
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalıdır. (müvafiq icra hakimiyyəti orqanının arayışı);
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı və təcrübəsi (oxşar təcrübəyə dair təsdiq edici sənədlər (ən azı 2 (iki) yerinə yetirilmiş (yerinə yetirilməsinə dair təsdiq edici sənədlərlə birlikdə) müqavilə (referans məktub və s.) olmalıdır.
Beynəlxalq akreditasiya olunmuş laboratoriya tərəfindən maye xlorun sınaq və test olunmasına dair nəticələri təsdiq edən sənəd (maye xlorun tərkibi, fiziki və kimyəvi göstəricilər göstərilməklə);
Təhlükəli yüklərin daşınmasına dair Fövqəladə Hallar Nazirliyinin lisenziyası
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Məlikli Elvin, Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinin rəis müavini
Email: [email protected]
Əlaqə telefonu: 012-431-47-67(22-58)