İnnovasiyalar Mərkəzi açıq tender elan edir
FED.az xəbər verir kİ, elanda 15.000.000 (On beş milyon) ədəd SMS paketinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1502467501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Həsən Əliyev küçəsi 36
Satınalma predmeti: 15.000.000 (On beş milyon) ədəd SMS paketinin satınalınması
Müsabiqənin başlama tarixi və vaxtı: 09.06.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.07.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 14.07.2023 11:00
Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında mallar/xidmətlər/işlər Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində aparılır.
Çatdırılma yeri - Ak. Həsən Əliyev küçəsi 36
Çatdırılma müddəti - 12 ay müddətinə malların/xidmətlərin sifariş blankı doldurulduqdan sonra 1(bir) iş gün ərzində
ələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Ən azı 3 (üç) il müvafiq sahə üzrə fəaliyyətinin olması.
SON, XML, HTTP, SMPP, SOAP servislərin olması; SMS-lərin fərdi və toplu şəkildə göndərmə imkanının olması; Veb interfeysin olması; Sender name (ad) ilə göndəriş imkanının olması; Hesabat və balans kontrolu veb interfeysinin olması; Hesabat və balans kontrolu üçün JSON servisin olması; Excel add-ins əlavəsi; Yüksək dayanıqlı infrastrukturun olması; Miqyaslana biləcək platformanın olması; Mikroservis arxitekturasına malik olması; 7/24 texniki dəstəyin olması; İSO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi sertifikatın olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rəşad Xudu-zadə, mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 994 12444-74-44/daxili 2632