Səhiyyənin Təminat Mərkəzi tibbi avadalıqların satın alınması ilə bağlı iki tenderə yekun vurub.
Dövlət qurumu tibbi avadanlıqlara 3 milyon manatdan çox pul ayırdı
FED.az xəbər verir ki, qurum tenderlərin qalibləri ilə toplamda 12 741 404 manat dəyərində müqavilələr imzalayıb.
Belə ki, “Tibbi avadanlıqların satınalınması” tenderinin qalibi "Arash Medıcal Company" QSC olub və qalib şirkət tender müqabilində 7 068 188 AZN qazanıb.
Qeyd edək ki, "Arash Medıcal Company" QSC-nin nizamnamə kapitalı 2 000 AZN təşkil edir və qanuni təmsilçisi Kamran Məmmədov Abid oğludur.
İkinci tender “Xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satınalınması” tenderidir və qalib şirkət "Avromed Company" QSC olub. Qalib şirkətə 5 673 216 AZN ödəniləcək.
Qeyd edək ki, "Avromed Company" QSC-nin qanuni təmsilçisi Kəmalə Məmmədova Ramiz qızıdır.