"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən Gəncə şəhər Birləşmiş Xəstəxanası Ü.Hacıbəyli adına ailə sağlamlıq mərkəzində əsaslı təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Rayonlararası İstehsalat Kombinatı" olub. Müqavilənin dəyəri 1 milyon 159 min 188 manat təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 169 min 118 manat idi.
Qeyd edək ki, "Rayonlararası İstehsalat Kombinatı" xəstəxananın daimi tərəfdaşıdır. Şirkət indiyədək bu qurumun 12 tenderinin qalibi olub. Tərəflər arasında imzalanan müqavilələrin ümumi dəyəri 6 milyon 256 min 402 manat təşkil edir.
Şirkətin qalib gəldiyi digər tenderlər və məbləğlər aşağıdakılardır:
Gəncə şəhər Birləşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işləri – 1 milyon 935 min 353 manat (10.12.2024).
Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işləri – 989 min 722 manat (30.11.2023).
Tikili və avadanlıqların cari təmir xərcləri – 468 min 473 manat (27.12.2021).
Z.Məmmədov adına xəstəxananın əməliyyat blokunun yenidən qurulması – 449 min 941 manat (07.12.2022).
Z.Məmmədov adına xəstəxanada və Perinatal Mərkəzdə cari təmir işləri – 268 min 289 manat (30.09.2022).
Müəssisələrdə cari təmir işləri – 226 min 492 manat (16.10.2023).
Müəssisələrdə cari təmir işləri – 226 min 491 manat (15.01.2024).
Üzeyir Hacıbəyli Ailə Sağlamlıq Mərkəzinin binasının dam örtüyünün dəyişdirilməsi – 203 min 384 manat (28.11.2022).
Ü.Hacıbəyli Ailə Sağlamlıq Mərkəzinin həyətyanı su təchizatı qurğularının və xətlərinin təmiri – 188 min 16 manat (23.11.2022).
Abbas Səhət adına 1 saylı şəhər xəstəxanasının Terapiya şöbəsində cari təmir işləri – 77 min 802 manat (22.01.2025).
Təchizat anbarının həyətyanı abadlıq işləri, asfalt örtüyünün yenilənməsi – 63 min 251 manat (26.09.2022).











