2024-cü il üçün keçirilən Yeni il tədbirləri çərçivəsində dövlət qurumları müxtəlif layihələrə əhəmiyyətli məbləğlər ayırıb.
FED.az xəbər verir ki, yeni il tədbirlərinin keçirilməsinə 1 milyon manata yaxın daha dəqiq desək 843 449 manat sərf olunacaq. Ən böyük məbləği sərf edən qurum “Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ olub. Bu qurum Yeni il tədbirləri çərçivəsində Xankəndidə bayram yarmarkası, konsert proqramı, atəşfəşanlıq və Xocalının bəzədilməsi üçün “Laguna Group” MMC ilə 449,846 AZN dəyərində müqavilə bağlayıb. İkinci ən böyük xərci Naxçıvan Şəhər İcra Hakimiyyəti edib, bu qurum Yeni il və Həmrəylik Günü tədbirləri üçün 118,590 AZN ayırıb. Digər qurumlar tədbirin təşkili üçün 100 min manatdan az vəsait xərcləyiblər.
Tenderlərdə müxtəlif xidmət təminatçıları iştirak etsə də, fərqlənən şirkətlər üzrə “Tahmazov Company” MMC və “Uma” MMC olub. Müxtəlif layihələr üzrə adı çəkilən şirkətlər 2 ədəd tender udub.
Daha detallı :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı |
Məbləğ |
Tarix |
1 |
Qobustan Dövlət Tarixi Bədii Qoruğu |
Qobustan Milli Tarix-Bədii Qoruğu əməkdaşları üçün “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” şənliyinin keçirilməsi |
"Adzone-S" MMC |
|
|
2 |
Naxçıvan MR Mədəniyyət Nazirliyi |
"31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı" ilə əlaqədar tədbirin keçirilməsi üçün bir sıra xidmətlərin satın alınması |
"Tahmazov Company" MMC |
|
|
3 |
"Azərxalça" ASC |
Yeni il ziyafəti |
“Libra” MMC |
|
|
4 |
"Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ |
Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” bayramı münasibətilə Xankəndi şəhərində bayram yarmarkasının, konsert proqramının, atəşfəşanlığın və Xocalı rayonunda şəhərin bəzədilməsinin təşkil edilməsi xidməti |
"Laguna Group" MMC |
|
|
5 |
"Daşkəsən Dəmir Filiz " MMC |
Yeni il tədbirinin təşkili xidmətlərinin satın alınması |
"Uma" MMC |
|
|
6 |
Naxçıvan Şəhər İcra Hakimiyyəti |
Dünya Azərbaycanlıların həmrəyliyi günü və Yeni il |
“Tahmazov Company” MMC |
|
|
7 |
Tovuz Rayon İcra Hakimiyyəti |
"Yeni il" bayram tədbirlərinin təşkili məqsədilə "Yeni il yolkası"nın alınması |
"Atr Qrup" MMC |
|
02.12.2024 |
8 |
"Sahibkarlığın İnkişafı Fondu" PHŞ |
“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı” ilə əlaqədar korporativ tədbirin təşkili xidməti |
"Uma" MMC |
|
|
9 |
"Azerbaijan International Telecom (Azintelecom)" MMC |
Yeni il tədbirinin təşkili ilə əlaqədar xidmətlərin satın alınması |
"Albilet.Az" MMC |
|
|
10 |
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəz |
Yeni il bayramı ilə əlaqədar "Sehrli Qala" tədbirinin təşkili ilə bağlı xidmətlərin satın alınması |
Yelena Yuryevna Hüseynova |
|
|
CƏMİ : 843 449 AZN |