2020-ci ildə Təhsil Nazirliyi təhsil müəssələri üçün 1 milyon 414 min manatlıq odun alıb.
FED.az xəbər verir ki, ən çox odun alınan təhsil qurumları Tərtər rayonu, Sabirabad rayonu və Gəncə şəhərində yerləşən Ərazi Maliyyə Hesablaşma Mərkəzləridir. Mərkəzlərin hər birinin tenderinin məbləği 240 min manatdan çoxdur.
Eləcə də bax: Azərbaycandakı universitetləri - BU ŞİRKƏT QORUYUR - SİYAHI, MƏBLƏĞLƏR
"Master-Ofis" MMC Təhsil Nazirliyinin 2 tenderində qalib gəlib. Şirkət 2 tenderə 532 min 770 manat qazanıb. "Təchizat-RA" MMC, "ATM Group" MMC, "Məhdi.M" MMC şirkətləri böyük məbləğli tenderlər qazanıblar. Təhsil Nazirliyi "Təchizat-RA" MMC-dən 295 min manat, "ATM Group" MMC-dən 293,4 min manat, "Məhdi.M" MMC-dən 199,4 min manat məbləğində odun alıb.
Nazirliyin 1m3 üzrə ən baha qiymətə aldığı odun Tərtər rayonunda yerləşən mərkəz üçün alınan odundur. Nazirlik Tərtər rayonunda yerləşən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üçün “Təchizat-RA" MMC-dən aldığı odunun 1 metr kubuna 82 manat ödəyib. Ən ucuz qiymətə aldığı odun Ucar rayonundakı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tenderlərində olub. Ucarda yerləçən 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin hər iki tenderində 1 kub metrə ödənilən məbləğ 55 manatdır. Qeyd edək ki, Ucar rayonundakı mərkəz üçün alınan odunlar "İlkin 2014" MMC və "Məhdi.M" MMC şirkətlərindən alınıb.
Xatırladaq ki, Təhsil Nazirliyi 2019-cu ildə odun alınması üçün 9 tender keçirib və 1 milyon 805,4 min manat məbləğində odun alıb.