2020-ci il universitetlərin mühafizə xidmətinin çoxunu "Gesco" ASC şirkəti qazanıb.
Eləcə də bax: Azərbaycanda mühafizə xidməti tenderlərini – QAZANAN ŞİRKƏTLƏR – MƏBLƏĞ, SİYAHI
FED.az xəbər verir ki, şirkət bu il universitetlərin keçirdiyi mühafizə xidmətinin 8-ni qazanıb. Mühafizə şirkətinin tender müqavilələrinin ümumi məbləği 1 milyon 634,8 min manat olub.
Şirkətin qazandığı ən böyük tenderlər Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tenderləridir. Şirkət 4 universitetin Bakıda yerləşən filiallarının mühafizəsi üçün keçirilən tenderdən ümumilikdə 1 milyon 400 min manat qazanıb.
| № | Universitet | Məbləğ | 
| 1 | Bakı Dövlət Universiteti | 491.352 | 
| 2 | Azərbaycan Tibb Universiteti | 352.230 | 
| 3 | Azərbaycan Dövlət Pedaqoji Universiteti | 291.271 | 
| 4 | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti | 266.916 | 
| 5 | Bakı Slavyan Universiteti | 78.600 | 
| 6 | Bakı Dövlət Universiteti Qazax Filialı | 67.118 | 
| 7 | Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci | 45.312 | 
| 8 | Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı | 42.000 | 
| Cəmi: | 1.640.393 | |


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








