Azərbaycanın neft gəlirlərindən toplanan valyuta ehtiyatlarını idarə edən Dövlət Neft Fondunun çoxsaylı tenderlərini qazanan şirkət məlum olub.
FED.az xəbər verir ki, bu «Farah İnnoovations» MMC-dir (VÖEN 2900114151) şirkət Neft Fondundan təkcə son bir ildə ümumi məbləği 4 milyon manata çatan 11 tender qazanıb.
Əsasən İKT sahəsində tenderləri qazanan şirkətin ən kiçik tenderi 42 min manat (TV və Display avadanlıqlarının satın alınması), ən böyük tender isə dünən açıqlanan «Məlumat emalı infrastrukturu və mövcud “Bloomberg Trader” sistemlərinə aid avadanlıqların satın alınması» tenderi olub – 2,9 milyon manat