Dövlət Neft Fondu "Əməkdaşlar üçün komandaqurma (teambuilding) və korporativ ünsiyyət tədbirlərinin təşkili xidmətlərinin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə fevral ayının 15-də başlayır.Tələb olunan sənədlər martın 7-dək, təkliflər isə martın 16-dək təqdim edilməlidir. Zərflər mart ayının 17-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 9900041961
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Çatdırılma yeri: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Çatdırılma müddəti: Xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 31 dekabr 2023-cü il tarixinədək mərhələli şəkildə təhvil verilməlidir.
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Fondun kollektivinin regiona səfəri və səfər çərçivəsində komandaqurma oyunlarının təşkili |
Fondun kollektivinin regiona səfərinin təşkili ilə bağlı tələblər: - Fondun 130 nəfər əməkdaşı üçün kollektiv şəkildə bir gecəlik(qonaqlama ilə) 5 ulduzlu mehmanxanada yerləşdirilmə regiona səfəri təşkil edilməlidir; - Oteldə hər bir nəfər üçün ayrıca otaq; - Səfər təşkil olunacaq region, Azərbaycanın turizm potensialına malik və füsunkar təbiəti olan bölgələrindən Bakıdan əraziyə çatma məsafəsi 200 km-dən çox (3 saatdan çox olmamaq) biri olmalıdır; - Fond əməkdaşlarının daşınması (Bakı-region-Bakı) üçün 2 ədəd iri tutumlu və komfortlu nəqliyyat vasitəsi (Neoplan) təmin olunmalıdır; - Səfər cari ilin 27-28 may ayı tarixlərində sifarişçinin müəyyən etdiyi (icraçı ilə öncədən razılaşdırmaqla) tarixdə təşkil olunmalıdır; - Təyinat məntəqələrinə hərəkət səhər saatlarında (dəqiq vaxtlar barədə sifarişçi icraçını tədbirdən bir neçə gün öncə məlumatlandırmaqla) olmaqla vaxtında təşkil edilməlidir; - Təyinat məntəqələrinə (region və Bakı) çatana qədər gediş və gəliş zamanı Fond əməkdaşları üçün sərinləşdirici içkilər və müxtəlif qəlyanaltılar təmin edilməlidir; - Səfər çərçivəsində Fond əməkdaşları üçün 5 dəfə qidalanma səhər yeməkləri (2 dəfə), su/çay/kofe, qəlyanaltı (gün ərzində) təminatı, nahar və şam yeməkləri təşkil edilməlidir; - Səfər çərçivəsində fotoçəkiliş xidməti (fotoqraf tədbirin ümumi videosunu hazırlamalıdır) təşkil edilməlidir; - Səfər çərçivəsində müxtəlif komandaqurma oyunları və həmin oyunların bütün əməkdaşlar üçün həvəsləndirici mükafatların verilməsi təşkil edilməlidir; - İcraçı tərəfindən region üzrə sifarişçiyə turun təşkili üzrə təkliflər verilməli və tur təşkil edilməlidir; - Turda iştirak etmək istəməyən işçilər üçün oteldə stolüstü oyunlar təşkil edilməlidir; - İcraçı tərəfindən məsul nümayəndəsinin təşkilati məsələlərə nəzarət etməsi üçün səfərdə iştirak etməsi təmin edilməlidir. |
1 |
ədəd |
2 |
Fondun kollektivinin iştirakı ilə yeni il tədbirinin təşkili |
- Tədbir cari ilin dekabr ayında sifarişçinin müəyyən etdiyi gün təşkil edilməlidir; - Tədbirdə iştirak edəcək Fond əməkdaşlarının sayı 150 nəfər təşkil edəcəkdir; - Tədbir Bakı şəhəri ərazisində yerləşən nüfuzlu restoranların birində cari ilin dekabr ayında təşkil olunmalıdır; - Təşkil edilməli, restoran və qida məhsullarının siyahısı (menyu) öncədən sifarişçi ilə razılaşdırılmalıdır; - Tədbir çərçivəsində təqdim olunacaq menyu öncədən sifarişçi ilə razılaşdırılmalıdır; - Tədbir təşkil olunacaq sahə təyinatına uyğun olaraq bəzədilməlidir; - Tədbir çərçivəsində bir sıra xidmətlər (aparıcı, fotoçəkiliş, musiqi və.s) təşkil edilməlidir; - Tədbirdə iştirak edən bütün əməkdaşlar üçün həvəsləndirici mükafatların verilməsi təşkil edilməlidir. |
1 |
ədəd |
3 |
Fondun kollektivinin iştirakı ilə nahar yeməyinin təşkili |
- Tədbir cari il ərzində sifarişçinin müəyyən etdiyi günlərdə təşkil edilməlidir; - Tədbirdə iştirak edəcək Fond əməkdaşlarının sayı 150 nəfər təşkil edəcəkdir (ayrı-ayrı qruplar şəklində); - Tədbir qruplar halında olmaqla fərqli günlərdə təşkil edilməlidir; - Tədbirdə iştirak edən bütün əməkdaşlar üçün həvəsləndirici mükafatların verilməsi təşkil edilməlidir; - Tədbir Bakı şəhəri ərazisində yerləşən nüfuzlu restoranların birində təşkil edilməli, restoran və menyu öncədən sifarişçi ilə razılaşdırılmalıdır. |
1 |
ədəd |