Dövlət Neft Fondu 84 min manata 3 tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, tenderin qalibləri “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC, “AZƏRBAYRAQ” MMC, “CLIMASERVICE AZ” MMC şirkətləri olub.
Eləcə də bax: Nazirlikdən 3,3 milyon manatlıq - MÜQAVİLƏ
İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub, İT təhlükəsizlik sistemləri və s.) texniki xidmətin satın alınması üçün “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC ilə 59 min manatlıq;
Bayraqlara və bayraq dirəklərinə texniki xidmətin satın alınması üçün “AZƏRBAYRAQ” MMC ilə 7 min 527 manatlıq;
Sutəmizləyici qurğulara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması üçün “CLIMASERVICE AZ” MMC ilə 17 min 400 manatlıq tender müqaviləsi bağlanıb.