Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində tələbata uyğun digər maşın və avadanlıqların satın alınması üçün açıq tender elan edir.
Azərpambıq Aqrar Sənaye Kompleksi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlərin (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu və müsahibə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində tələbata uyğun digər maşın və avadanlıqların satınalınması
İştirak haqqı: 1000 AZN
Hesab:
AZ38CTRE00000000000004518570
VÖEN: 1700760271
Bank :DXA
Filial ın kodu: 210005
VÖEN: 1401555071
SWİFT: CTREAZ22
M/h:
AZ41NABZ01360100000000003944
Büdcə səviyyə kodu: 7
Büdcə təsnifat kodu: 142330.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8.Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
9.Podratçının müəyyən etdiyi digər sənədlər;
10.Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07.07.2021-ci il saat 10:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 15.07.2021-ci il saat 10:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 16.07.2021-ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymə tləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.