Azərpambıq Aqrar Sənaye Kompleksi sənaye və sürtkü yağlarının satın alınması üzrə açıq tender elan edir.
Dövlət Sosial Müdafiə Fondu tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Elçin Hüseynov, telefon: +994(55)500 51 12 və ya [email protected]).
İştirak haqqı: Lot 1 - 300.00 (üç yüz) manat
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı
Swift Code: İBAZAZ2X
Bankın ünvanı: İzmir, 1033, Bakı, Yasamal, AZ1065.
Müxbir hesabı:
AZ03NABZ01350100000000002944
Kod: 805539
Bank VÖEN: 9900001881
Alan: “AZƏRPAMBIQ AQRAR SƏNAYE KOMPLEKSİ” MMC
Alanın hesabı:
AZ85İBAZ38040019446129089201
VÖEN: 1305532271
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)
2.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)
3.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-ci ili əhatə etməli)
4.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş)
5.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
6.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
7.İddiaçının İnformasiya Sistemində işçilərinin sayı barədə məlumatları əks etdirən sənəd (əsas şərtlər toplusunun 3.1-ci maddəsinə əsasən Vergi və ya digər dövlət müəssisələri tərəfindən verilmiş)
8.Malların mənşə ölkəsini (hər bir mal üçün ayrı-ayrılıqda) və uyğunluğu təsdiq edən sənəd
9.ƏŞT-in 2-ci bölməsinin spesifikasiya hissəsində göstərilən yağların İSO və APİ sertifikatları
10.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır)
11.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verməlidir:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.07.2021-ci il saat 11:00 tarixinə qədər, bank təminatını və tender təklifini isə 19.07.2021-ci il saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20.07.2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.