Dövlət Məşğulluq Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Qalib şirkətə 959 961 manat ödəniləcək.
Tenderdə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisində əmək yarmarkasının keçirilməsi məqsədilə stendin hazırlanması və qurulması işlərinin satın alınması.
Qeyd edək ki, "B2B Group" MMC bundan əvvəl Müdafiə Nazirliyinin 98 316 manat dəyərindəki "Azərbaycan Ordusunun hərbi hissələri üçün rabitə avadanlıqlarının satın alınması" tenderini qazanıb (27.05.2023).