Dövlət Məşğulluq Agentliyi «Şəbəkə təhlükəsizliyi, digər texniki avadanlıqların və malların alınması və quraşdırılması işlərinin satın alınması » tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "B2B Group" MMC olub. Şirkətlə 549 min 934 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin 232 min 021 manat dəyərindəki “Şəbəkə təhlükəsizliyi avadanlıqlarının satın alınması” (10.11.2022) tenderini qazanıb.