Dövlət Məşğulluq Agentliyi “Nəqliyyat vasitələrinin (pikap tipli) və dövri texniki işlərin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Yenimotor” MMC olub.
Qalib şirkətə 616 374 manat ödəniləcək.
Bu qiymətə daxildir 10 ədəd nəqliyyat vasitəsi, hər birindən 20 ədəd olmaqla mühərrikin yağının və yağ filterin dəyişdirilməsi xidməti, mühərrik yağ filteri və mühərrik yağı (təklif edilən maşının təlabatına uyğun olaraq), və 45 ədəd nəqliyyat vasitələrinə loqo və yazıların yazılması.