Dövlət Məşğulluq Agentliyi ““İşsiz şəxslərlə iş” konsepsiyası çərçivəsində karyera məsləhətçilərinin yetişdirilməsi və kadr potensialının inkişafı məqsədi ilə təlimlərin keçirilməsi xidmətinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Azərbaycan Menecment Və İnvestisiya Korporasiyası" MMC olub. 84 min 496 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də agentliyin 42 min 043 manat dəyərindəki “Fərdi İnkişaf Akademiyası layihəsi çərçivəsində təlim xidmətlərinin satın alınması” (13.04.2022) tenderini qazanıb.