Azerbaijan International Telecom (Azİntelecom) MMC ““AzInTelecom" MMC-nin təlabatına əsasən "Hökümət buludu layihəsi çərçivəsində mövcud təhlükəsizlik lisenziyalarının sayının artırılmasının satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Mobilex" MMC olub. 543 min 980 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Bakı Nəqliyyat Agentliyinin 47 min 790 manat dəyərindəki “Dayanma, durma və parklanma qaydalarının nizamlanması istiqamətində yaradılmış Bakı Nəqliyyat Agentliyinə məxsus Mərkəzi İnformasiya Sisteminin texniki imkanlarının təkmilləşdirilməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması” (27.05.2022) tenderini qazanıb.