Dövlət Məşğulluq Agentliyi “İdxal inək, idxal qoyun, idxal qoç və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət “Agro Best” QSC olub. Şirkətlə 4 milyon 140 min 900 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl də agentliyin 65 milyon 987 min 525 manat məbləğində “İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (27.04.2022)