Dövlət Məşğulluq Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Quba və Bərdə Peşə Hazırlığı Mərkəzlərinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların alınması və quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1000 manatdır.
atınalan təşkilatın VÖEN-i: 1300144711
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Müsabiqənin başlama tarixi və vaxtı: 07.06.2023 12:01
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.07.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 14.07.2023 15:00
Ödəniş şərtləri - 30% avans
Çatdırılma yeri - Quba və Bərdə şəhərləri
Çatdırılma müddəti - 01 mart 2024-cü il tarixinədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Maliyyə vəziyyəti haqqında bank arayışı
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Ceyhun Mehdi, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 0555282910