Dövlət Məşğulluq Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Agentliyin Aparatı üçün sedan tipli nəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300144711
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Müsabiqənin başlama tarixi və vaxtı: 01.12.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.12.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:04.01.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 05.01.2024 15:00
Ödəniş şərtləri - 30 % avans.
Çatdırılma yeri - Bakı şəhəri.
Çatdırılma müddəti - 6 ay.
Tələb olunan sənədlər:
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
Maliyyə vəziyyəti haqqında bank arayışı;
Nizamnamə;
Qeydiyyatdan keçdiyi ölkə;
Rekvizitlər;
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat;
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Qeyd edək ki, tələb olunan avtomobillərin sayı 9 ədəddir.
Minik avtomobilinin texniki xarakteristikası: Avtomobilin tipi: Minik avtomobili (sedan tipli)Avtomobilin ili: minimum 2023-cü il (Yeni); Uzunluq x En x Hündürlük minimum: 4800 x 1800 x 1400 mm; Klirens: minimum 140 mm; Yanacaq növü :Hybrid (Benzin) Oturacaq sayı: 5 oturacaqlı;Mühərrik həcmi:minimum 2450 sm3; Silindr sayı: minimum 4; Maksimal güc: minimum 210 a/g; Yanacaq çəninin həcm: minimum 50 l; Transmissiya: E-variator; Təhlükəsizlik :(ABS + VSC with trailer sway, Ön sürücü və sərnişin, yan və pərdə tipli təhlükəsizlik yastıqları, Sürücü diz üçün təhlükəsizlik yastığı, Immobilizer+siqnalizasiya, Usaqlar üçün qoruyucu kəmərlər, Sərnişinin təhlükəsizlik kəmər xatırladıcısı; İnteryer:Dəri oturacaqlar, Sükanda audio və telefon idarəetmə sistemi, Dəri ilə işlənmiş sükan çarxı, Mailliyə və çıxışa görə tənzimlənən sükan (manual), Arxa oturacaqların 60/40 qatlanması (manual), Avtomatik tənzimlənən sürücü oturacağı, Qızdırılan sürücü və ön sərnişin oturacaqları, Açarsız daxilolma və bir toxunuşla işəsalma, Yağış və işıq sensorları, 2 zonalı avtomatik kondinsioner, Multi məlumat displeyi ( minimum 7"dyum ), Premium display 9"dyum + Bluetooth + 9 dinamik+ MM19 (Apple / Android auto,usb*2, vtr (aux) *1, Kruiz kontrol, Təkərin təzyiqinə nəzarət sistemi, Eksteryer:Təkər-disk ölçüləri minimum 215/55R17, Kuzov rəngində avtomatik tənzimlənən, qatlanan, qızdırılan yan güzgülər,Xrom rəngində avtomatik tənzimlənən, qatlanan, qızdırılan yan güzgülər,Yan güzgülərdə dönmə işıqları,LED ön faralar (yaxın işıqlar) + fara təmizləyənlər, LED Gündüz işıqları,LED Ön duman əleyhinə faralar, Arxa görüntülü kamera(guide), Arxa park sensorları, Rəng: Qara/ağ (seçim edilməklə), Zəmanət: minimum 3 il və ya 100000km yürüş ilə (istehsal xətası ola bilən bütün hissələr üzrə) ( ilk yardım çantası, qəza dayanma nişanı, ehtiyat təkər, ayaqaltılar) |