Dövlət Məşğulluq Agentliyi “Ofis sahəsinin icarəsinin satın alınması” tenderinin sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Ceyhun-3” İstehsalat Kommersiya Firması olub.
Şirkətlə 989 894 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 6723 kv.m sahəsi olan ofisin 12 aylıq icarəsi nəzərdə tutulub.