Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti “Elektrotexniki avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Adventa Co” MMC olub.
Qalib şirkətə 295 130 manat ödəniləcək.
Bu məbləğə daxildir : 2 fərqli ölçüdə ümumi 22 dəst su üçün nəzərdə tutulmuş paslanmaz dalma nasosu elektrik nasosu gövdəsi , 3 dəst gücü 250/10-0.4 kva olan transformator , 3 dəst gücü 400/10-0.4 kva olan transformator və həmin məhsulların çatdırılması haqqı.