Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi Xırdalanda yerləşən qeyri-yaşayış sahəsinin illik icarəsi üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma üzrə qalib fiziki şəxs Qasımov Arif Naqal oğlu olub. Qalib şəxslə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 96 ünvanında yerləşən 499,5 kvadratmetr qeyri-yaşayış sahəsinin növbəti illik icarə xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanıb.
Satınalma həmin sahənin illik icarə xidmətlərinin təmin edilməsini əhatə edir.
İcarə xidmətləri üçün qalib şəxsə 53 min 990,76 manat ödəniləcək. Daha öncə eyni adlı stınalma üçün 51 min 200 manat ödəmişdi.
Qeyd edək ki, satınalma bir mənbədən alınma metodu ilə həyata keçirilib.











