Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi avtomobillərin təmiri və onlara ehtiyat hissələrinin alınması və dəyişdirilməsi xidmətlərinin satınalınması üzrə açıq tenderə dəvət edir.
Şəhər İcra Hakimiyyəti abadlıq işləri üzrə tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
Müqavilə üzrə xidmətlərin göstəriləcəyi ünvan/ünvanlar - Sifarişçinin tələbatına uyğun olaraq avtomobillərin təmiri və onlara ehtiyat hissələrinin alınması və dəyişdirilməsi üzrə xidmətlərin “İcraçı”nın ünvanında göstərilməlidir.
Mallarının son çatdırılma müddəti - Müqavilənin icrası tərəflər arasında satınalma müqaviləsi bağlanıldıqdan sonra satınalan təşkilatın tələbatı üzrə 1 (bir) il müddətinə başa çatdırılmalıdır.
İştirak haqqı: 200 (iki yüz) manat
Satınalan təşkilat: Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi
Bank rekvizitləri:
HESAB: AZ53CTRE00000000000002248403
VÖEN: 1300433761
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
KODU: 210005
MÜXBİR HESABI: AZ41NABZ01360100000000003944
SWİFT BİK CTREAZ22
BÜDCƏ TƏSNİFATININ KODU: 142330
BÜDCƏ SƏVİYYƏSİNİN KODU: 7
İştirak haqqı heç bir halda qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması, son bir il ərzində riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlarının olmaması (sənədin orijinal skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir); (01.05.2021-ci il tarixindən sonra alınmış arayış qəbul edilir)
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci il üzrə);
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir); (01.05.2021-ci il tarixindən sonra alınmış arayış qəbul edilir)
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (iddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatlar və s.).
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması; (son dövrə olan məlumat qəbul edilir)
9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir); (01.05.2021-ci il tarixindən sonra alınmış arayış qəbul edilir)
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; (son dövrə olan məlumat qəbul edilir)
11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; (son dövrə olan məlumat qəbul edilir)
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; (son dövrə olan məlumat qəbul edilir).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 23.06.2021-ci il saat 16:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini isə 02.07.2021-ci il saat 16:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 05.07.2021-ci il tarixində saat 16:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.