Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərinin küçə və prospektlərində abadlıq işlərinin satın alınması üzrə açıq tender elan edir.
AZAL kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aşağıda göstərilən lot üzrə tender təkliflərini etender.gov.az elektron portalında yerləşdirsinlər.İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.
İşlərin yerinə yetirilməsi 2021-ci ilin sonunadək nəzərdə tutulur.
Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra etender.gov.az elektron portalından tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Təşkilat- GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ
VÖEN- 2300571241
H/h- AZ24CTRE00000000000002510631
DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ
Kod – 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.Bik- CTREAZ22
Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərilməlidir.
Tenderdə iştirak etmək istəyənlər 23 iyun 2021-ci il saat 15.00-dək aşağıdakı sənədləri etender.gov.az elektron portalında yerləşdirməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (son 1 maliyə ili nəzərdə tutulan arayış);
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının rəsmi blankında təqdim olunmuş bank rekvizitləri və ünvanı;
- qeydiyyatdan keçdiyi ölkə (reysterdən çıxarış), nizamnamə, VÖEN və lisenziya;
- analojı işlərin yerinə yetirilməsinə aid iddiaçıların potensial imkanları haqqında məlumat (maddi-texniki baza, avadanlıq, işçi qüvvəsi və s.).
Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.
Tender təklifinin təminatı zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
İddiaçılar tender təkliflərini 2 iyul 2021-ci il saat 15.00-a qədər etender.gov.az elektron portalında yerləşdirməlidirlər.
Tender proseduru 5 iyul 2021-ci il saat 15.00-da etender.gov.az elektron portalında keçiriləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün etender.gov.az, [email protected] elektron portalına və ya əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Məlahət Salahova, telefon: +994 22 256 10 39.