İpoteka və Kredit Zəmanət Fondu “İnzibati binanın və avadanlıqların sığortalanması” tenderinin nəticələrini elan edib.
Mərkəzi Bank sığorta xidmətləri alır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Paşa Sığorta” ASC olub.
Qalib şirkətə 14 590 manat ödəniləcək.
Tender çərçivəsində 3 illik müddətə daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və daşınar əmlakların könüllü sığortası satın alınacaq.